Bakıda avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı - RƏSMİ

"Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub:
"Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.
Qeyd edək ki, sürücülərin əsas xidməti vəzifəsi sərnişinlərin müəyyən edilmiş marşrut üzrə başlanğıc məntəqədən təyinat məntəqəsinə təhlükəsiz şəkildə çatdırılmasını təmin etməkdir. Yalnız sürücünün səhhətində yaranan və nəqliyyat vasitəsini idarə etməsinə mane olan hallar, eləcə də avtobusda hərəkətin davam etdirilməsinə imkan verməyən texniki nasazlıqlar istisna olmaqla, digər səbəblərlə sərnişindaşıma fəaliyyətinin dayandırılması və sürücünün xidməti vəzifələrinin icrasından imtina etməsi yolverilməzdir. Qeyd olunan hallar baş verdikdə isə sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verməli və müvafiq təlimatlara uyğun hərəkət etməlidir.
"BakuBus" MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin gücləndirilməsi və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək", - açıqlamada bildirilib.
Xatırladaq ki, sözügedən sürücü tiktokerlik edirdi. O, sürücülük fəaliyyəti və iş prosesi zamanı baş verən hadisələrlə bağlı yumoristik videolar çəkirdi.
14:11
"Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi ilə bağlı hazırda araşdırma aparılır".
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, araşdırmanın nəticələrinə uyğun olaraq görüləcək tədbirlər barədə əlavə məlumat təqdim ediləcək.
***13:36
Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib. O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlanıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












