Əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydaları AÇIQLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi qaydalarına aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Məlumatda bildirilib ki, əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyalarına münasibətdə əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur.
Qeyd olunub ki, 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Həmçinin əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır."Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və yenidən təyin edilməsi elektron qaydada, bu, mümkün olmadıqda isə DSMF-nin aidiyyəti struktur bölmələri və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) mərkəzləri tərəfindən vətəndaşın xidmət yerinə şəxsən və ya nümayəndəsi zəruri sənədlərlə gəlməklə xidmət həyata keçirilir.
Bu xidmətin istifadəçiləri - Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. Əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ilə bağlı müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmaqla müvafiq qərar qəbul edilir. Belə ki, əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə əlilliyə görə əmək pensiyası bərpa olunur.
5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verdikdə isə şəxsin əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılır, bu halda şəxsin əlilliyə görə pensiya hüququ yarandığı halda yenidən əmək pensiyası təyin edilir. Əmək pensiyası hüququ yaranmadığı halda isə pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir və bu barədə müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə müvafiq qaydada məlumat göndərilir", - DSMF-nin məlumatında deyilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












