Vəzifəli şəxs həbs edildi

"Naxçıvan Aqroservis"in ASC-nin sədri barədə dörd aylıq həbs edilib.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" ASC İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan Şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












