Bu ərazidə evlərin qiyməti kəskin ucuzlaşdı

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən yaşayış komplekslərində və yeni tikili binalarda daşınmaz əmlak qiymətlərində nəzərəçarpan eniş qeydə alınıb. Tikinti sektorundakı son dinamika və təklif bolluğu fonunda alıcılar üçün olduqca sərfəli fürsətlər yaranıb.
Avtosfer.az xəbər verir ki, elan platformalarına yerləşdirilən son qiymət göstəricilərinin müqayisəsi də bazardakı ucuzlaşmanı aydın nümayiş etdirir. Əvvəlki dövrlərlə müqayisədə hazırda kompleksdə 3 otaqlı mənzillərin qiyməti 38 000 AZN-dən (67.6 kv.m), 2 otaqlı təmirli mənzillərin qiyməti isə 45 000 AZN-dən başlayan fərqli təkliflərlə alıcılara təqdim olunur. Sahəsindən, yerləşdiyi mərtəbədən və təmir səviyyəsindən asılı olaraq qiymətlər 81 000 AZN, 109 500 AZN və 120 000 AZN arasında dəyişir.
Ekspertlər qiymət enişinin əsas səbəbləri kimi Abşeron ərazisində yeni tikili layihələrinin artmasını, eləcə də ilkin ödənişsiz və ya hazır ipoteka şərtləri ilə satışa çıxarılan mənzillərin sayının pi̇k həddə çatmasını göstərirlər. Nağd pul vəsaitinə ehtiyacı olan mülkiyyətçilərin təcili satışa üstünlük verməsi də təklif qiymətlərinin aşağı düşməsinə təkan verən faktorlardandır.
Paytaxtın mərkəzi hissələri və digər ətraf qəsəbələrlə müqayisədə Saray qəsəbəsindəki mənzillər kvadratmetr hesabı ilə kifayət qədər münasib qalır. Bakı-Sumqayıt şosesinə birbaşa çıxışın olması, müasir infrastruktur, ekoloji baxımdan təmiz ərazi və mənzillərin bir çoxunun əlverişli ipoteka kreditləri ilə təklif edilməsi bütövlükdə bu ərazini budcəsinə qənaət etmək istəyən alıcılar üçün ən sərfəli variantlardan birinə çevirir. (yenisabah)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












