Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - RƏSMİ

"Cari ilin yanvar-sentyabr ayları üzrə metroda eskalator və travolatorların dayanmaları ilə bağlı ümumilikdə 2 101 hal qeydə alınıb".
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
"Bu hallardan 101-i sərnişinlərin birbaşa səbəbsiz müdaxiləsi, 57-si sərnişinlərin xəsarətli, 629-u isə xəsarətsiz yıxılması ilə əlaqədar baş verib".
Açıqlamada qeyd olunub ki, "stop" açarının mühafizə örtüyü ilə təmin edilməsi eskalatorların sərnişinlər tərəfindən dayandırılması hallarının 7 dəfə azalmasına səbəb olub.
"Belə ki, eskalatorun zərurət olmadan dayandırılması 2025-ci ilin 9 ayı ərzində 726 hadisə baş veribsə, 2026-cı ilin eyni dövründə 101 hal qeydə alınıb. Ümumən 2025-ci ilin eyni dövrü ilə müqayisədə ümumi dayanmaların sayı cari ildə 493 ədəd azalıb", - deyə qurumdan bildirilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












