Təyyarədə elə bir qoxu yayıldı ki, bütün sərnişinlər ...

"American Airlines"a məxsus təyyarə sərnişinlərdən birinin əl yükündən gələn aseton qoxusunun göyərtədə kütləvi qusmaya səbəb olmasından sonra təcili olaraq hava limanına qayıdıb.
Avtosfer.az bildirir ki, bu barədə "Daily Mail" yazıb.
Oktyabrın 12-də Mayamidən Barbadosa uçan "American Airlines" reysi bir neçə sərnişinin səhhəti pisləşdiyi üçün uçuş hava limanına qayıtmalı olub. Qeyd olunub ki, turistlərdən birinin əl yükündən gəldiyi iddia edilən kəskin asetonun qoxusuna görə insanlar qusmağa başlayıb.
Təyyarə eniş etdikdən sonra xüsusi təyinatlı əraziyə göndərilib, yanğınsöndürmə və xilasetmə xidməti tərəfindən orada yoxlanılıb. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib, aviaşirkətin 5 əməkdaşı ehtiyat tədbiri olaraq tibb məntəqəsinə yerləşdirilib. Sərnişinlərin otelə yerləşdirildiyi, uçuşun növbəti günə dəyişdirildiyi qeyd edilib.
Səhiyyə və Rifah Xidmətinin məlumatına görə, aseton buxarını tənəffüs etmək burun, boğaz, ağciyər və gözləri qıcıqlandıra bilər. Həmçinin, uzun müddət məruz qalma ilə qoxu baş ağrısı, başgicəllənmə, çaşqınlıq, ürəkbulanma və qusmaya səbəb ola bilər.
Milli.Az
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












