Tovuzda məktəbli qızlar arasında dava: Biri xəstəxanalıq oldu

Tovuz rayonunda məktəblilər arasında mübahisə baş verib.
Belə ki, rayonun Qovlar şəhər 2 nömrəli tam orta məktəbdə doqquz yaşlı qızlar arasında dava baş verib.
İddia edilib ki, qızlardan biri digərini dərs oxuyub, danışdığına görə döyüb. Nəticədə döyülən qız xəstəxanaya yerləşdirilib.
Döyülən qızın valideynləri iddia ediblər ki, hadisədən sonra məktəb rəhbərliyi onlarla maraqlanmayıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2015-ci il təvəllüdlü qızlar arasında mübahisə baş verib:
“Məktəbli xəstəxanaya amneziya vəziyyətində daxil olub. Palataya yerləşdirilib. Məsələ barədə araşdırma aparılır. Valideynlərin izahatı alınıb”.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə saytımıza bildirilib ki, Tovuz rayon Qovlar şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri arasında baş vermiş hadisə dərsdən sonra, məktəbdən kənarda baş verib:
“Hadisədən xəbər tutan məktəbin uşaq təşkilatı birliyinin rəhbəri Məhbubə Yadigarova və müəllimi Xalidə Nağıyeva xəstəxanaya gediblər, şagirdin vəziyyəti ilə maraqlanıb və şagirdin vəziyyətinin normal olduğuna şahidlik ediblər. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












