Banner

Tovuzda qətlə yetirilən şəxs qazi imiş - FOTO

Hadisə 27 Oktyabr 2026 09:30
Tovuzda qətlə yetirilən şəxs qazi imiş - FOTO
WhatsApp kanalımıza abunə olun

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin - 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, mərhum Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndindəndir. O, Tovuzda kirayədə qalırmış. N.Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanıb və göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunub.

Cinayətin də sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində törədildiyi ehtimal olunur. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

FOTO QALEREYA
Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh