Uçuş zamanı yuxuya gedirlər - Pilotların etirafı

Avropa aviaşirkətlərinin pilotlarının 75%-i yorğunluq səbəbindən təyyarəni idarə edərkən qısa müddətə də olsa yuxuya gedirlər.
Avtosfer.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Avropa Pilotlar Assosiasiyasının (ECA) keçirdiyi sorğu çərçivəsində məlum olub.
Bundan başqa, araşdırmaya görə, pilotların 24%-i hətta həddən artıq yorğun olduqda belə uçmağa davam etdiklərini etiraf ediblər.
Sorğuda iştirak edən pilotlar həmçinin reyslərarası istirahətin lazımı səviyyədə olmadığını, rəhbərliyin onlardan daha çox iş saatı götürməyi tələb etdiyini, həmçinin həddən artıq yorğun olduqlarını və uça bilmədiklərini deyəcəkləri təqdirdə cəzalandırılacaqlarından qorxduqlarını bildiriblər. Məlum olub ki, ən çox İspaniya, İrlandiya və Fransadan olan pilotlar yorğun olduqda belə uçmağa davam ediblər.
Nəşr qeyd edir ki, Avropanın aviasiya tənzimləyiciləri aviaşirkətlərdən pilotların yorğunluq səviyyəsini izləməyi və zərurət yarandıqda onları reyslərdə əvəz etməyi tələb edir. Bununla belə, sorğuda iştirak edənlərin yalnız 11,9%-i öz aviaşirkətlərindəki belə yorğunluq izləmə sisteminə etibar etdiklərini deyib. Pilotların həddən artıq yorğun olması reaksiyanın zəifləməsinə, həmçinin qərar qəbuletmə və qeyri-standart vəziyyətlərə reaksiya vermə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər.
Qeyd edək ki, 2026-cı ilin avqust ayında aparılan sorğuda 7200 pilot və ikinci pilot iştirak edib.
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












