Çin avtomobillərinin Avropa bazarındakı payı rekord həddə çatdı

Çin avtomobil istehsalçılarının Avropa bazarındakı mövqeləri sürətlə güclənir. Sentyabrda beş Çin avtomobil konserni Avropada 214 min minik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avtostat” analitik agentliyinin baş direktoru Sergey Tselikovun açıqladığı məlumatlarda bildirilir.
Məlumata görə, Çin markalarının Avropa avtomobil bazarındakı payı ötən ilin sentyabrındakı 9,8 faizdən 15,8 faizə yüksəlib. Statistikada “Volvo” və “Smart” markaları “Geely” qrupunun tərkibində hesablanır.
Sentyabr ayının nəticələrinə əsasən, Çin istehsalçıları arasında ilk yeri 54,8 min avtomobil satışı ilə “Geely Group” tutub. Şirkətin satışları illik müqayisədə 33 faiz artıb.
İkinci yerdə “Chery Automobile” qərarlaşıb. Şirkətə daxil olan dörd marka — “Chery”, “Jaecoo”, “Jetour” və “Omoda” — ümumilikdə 52,8 min avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 186 faiz artım deməkdir.
“BYD” təxminən 50 min avtomobillə üçüncü olub və satışlarını 99 faiz artırıb. “SAIC Motor” 42 minə yaxın avtomobil sataraq 24 faiz artım nümayiş etdirib. Ən sürətli artım isə satışlarını 324 faiz yüksəldərək 14,6 minə çatdıran “Leapmotor”da qeydə alınıb.
Doqquz ayda satışlar 1,25 milyon avtomobili ötüb
2026-cı ilin ilk doqquz ayında adıçəkilən beş konsern Avropada ümumilikdə 1,25 milyon avtomobil satıb. Bu, 10,56 milyon yeni minik avtomobilinin satıldığı bazarın təxminən 12 faizini təşkil edir. Ötən ilin eyni dövründə həmin göstərici 7,4 faiz olub.
Sergey Tselikov Çin istehsalçılarının uğurunu əsasən elektrik avtomobillərinə və hibridlərə yönəlmiş strategiya ilə əlaqələndirib. Onun fikrincə, bu yanaşma Çində daxili tələbatın azalması fonunda istehsalçılara xarici bazarlardakı mövqelərini genişləndirməyə imkan verir.
Məlumata əsasən, Çindən avtomobil ixracı da artıb. İlk doqquz ayda ölkədən xaricə göndərilən avtomobillərin sayı 1,5 dəfə yüksələrək 8,62 milyon ədədə çatıb.
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı












