Banner

Hərəkətdə olan avtomobilin içində 9 saat yataraq pul qazanır

Maraqlı 26 Oktyabr 2026 21:39
Hərəkətdə olan avtomobilin içində 9 saat yataraq pul qazanır
WhatsApp kanalımıza abunə olun

İndoneziyada yataq markası qeyri-adi reklam kampaniyası hazırlayıb. Kampaniya çərçivəsində bir kişi gündə 9 saat hərəkətdə olan avtomobilin içində yatır.

Avtosfer.az xəbər verir ki, Domi Bed yataq markası avtomobilin salonunu yataq otağına çevirərək içərisinə çarpayı və yataq dəstləri yerləşdirib. Kişi isə avtomobil şəhərdə hərəkət edərkən rahatca yatıb. Onu görən insanlar təəccüblərini gizlədə bilməyiblər.

Reklamın məqsədi hərəkətdə olan avtomobildə belə rahat yatmağın mümkünlüyünü nümayiş etdirmək və məhsulun keyfiyyətini tanıtmaq olub. Sosial şəbəkələrdə yayılan video milyonlarla baxış toplayıb.

İstifadəçilərdən bəziləri bu işi dünyanın ən qısqanılacaq işi adlandırıb, yataq maaşı qazanmağı maraqlı hesab ediblər.

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh