Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR

Rusiyada sürücülük təcrübəsi üç ildən az olan şəxslərin mühərrik gücü 150 at qüvvəsindən çox olan avtomobilləri idarə etməsinin qadağan edilməsi təklif olunub.
Avtosfer.az xarici KİV-Ə xəbər verir ki, təşəbbüslə Milli Avtomobil İttifaqının prezidenti Anton Şaparin çıxış edib. O, bununla bağlı Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlayıb.
Təklifə əsasən, qadağanı pozan sürücülərin 5 min rubldan 15 min rubla qədər cərimələnməsi nəzərdə tutulur.
Məlumata görə, Rusiyada yol-nəqliyyat hadisələrinin təxminən üçdə biri yeni sürücülərin təqsiri üzündən baş verir. Bildirilir ki, təcrübəsiz sürücülər yüksək sürətin yaratdığı təhlükəni hər zaman düzgün qiymətləndirə bilmirlər.
Bundan başqa, yol hərəkəti qaydalarını pozaraq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülərə qarşı nəzarətin gücləndirilməsi də təklif edilir.
Hələlik təşəbbüs qanun şəklində qəbul edilməyib.
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək












