Toydan qayıdan qonşular avtobusda dalaşdı - Deyib-gülmək üstə

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa rayon Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü Natiq Bayramovun (soyadlar şərtidir) məhkəməsi keçirilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə baş verən gün Natiqin qonşusu Kərimin (şərti) övladının Ağstafada toyu olub. Bununla əlaqədar qonşular avtobus tutaraq Köçəsgərdən rayon mərkəzinə yollanıblar. Onlar geri qayıtdıqda avtobusda arxa oturacaqda əyləşən Nazim Məmmədov öndə əyləşən qonşularına uca səslə deyib-güldükləri üçün irad bildirib. Həmin iradı özünə götürən Natiq Nazimlə mübahisə edib. Bu zaman Nazim arxadan Natiqin boğaz nahiyəsindən tutaraq barmağını onun ağzına salıb və ağızını yanaq hissəyə doğru cırmağa çalışıb. Natiq qonşusunun əlindən çıxmağı bacarıb və avtobusdan düşüb. O, Nazimin yaşadığı evin qarşısına piyada gedib və qonşu ilə mübahisəni davam etdirib. Ardınca bıçaqla Nazimin qarın nahiyəsinə bir zərbə vurub. Qarının ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli sayılan ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunub.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə Natiq Bayramova 3 il həbs cəzası verilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












