Trampın uçuşu zamanı dispetçerlər təhlükəsizlik qaydalarını pozdular

ABŞ-nin aviasiya qurumları Prezident Donald Trampın göyərtəsində olduğu "Marine One" helikopterinin uçuşu zamanı dispetçerlərin kommersiya reyslərini dayandırmamasının səbəblərini araşdırırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, helikopter Ağ Evdən Los-Ancelesə yola düşüb. Təhlükəsizlik qaydalarına əsasən, dispetçerlər "Marine One"ın uçuşu müddətində Vaşinqton Milli Hava Limanı ərazisində hava hərəkətini məhdudlaşdırmalı idilər.
ABŞ Federal Mülki Aviasiya İdarəsindən bildirilib ki, helikopterlə sərnişin təyyarəsi arasındakı minimum məsafə tələbi pozula bilərmiş. İlkin məlumatlara görə, hava gəmiləri icazə verilən hüdudlarda olub və təhlükəli yaxınlaşma halı qeydə alınmayıb.
Bununla belə, Ağ Evin nümayəndəsi Kuş Desai Tramp üçün heç bir təhlükə yaranmadığını vurğulayıb. O, prezident helikopterinin heyətinin peşəkarlıq və hazırlıq səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












