Tualet pulunu verməmək üçün gözətçini ÖLDÜRDÜ - FOTO

Antalyada tualet pulunu vermədiyi üçün rusiyalı turistin döydüyü gözətçi dünyasını dəyişib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, tualet gözətçisi Mehmet Özcan boksçu rusiyalı turist R.K.nın vurduğu yumruqdan sonra beyin qanaması keçirib.
Hadisə oktyabrın 25-də Kəmərdə baş verib. Əldə edilən məlumata görə, dayanacaq ərazisindəki tualeti işlədən Mehmet Özcan Rusiya əsilli R.K. adlı turist tualet pulunu ödəmək istəməyincə mübahisə edib.

Müzakirə zamanı R.K.nın yumruqlarına məruz qaldığı iddia edilən Özcan yerə yıxılaraq başı səkiyə dəyib və xəsarət alıb. Hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılan Özcan 2 saat sonra öz istəyi ilə xəstəxananı tərk edib.
Vəziyyəti pisləşəndən sonra Özcan beyin qanaxması şübhəsi ilə xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq Mehmet Özcan həyatını itirib.

Polis rusiyalı turist R.K.nı yaşadığı oteldə saxlanılıb və barəsində məhkəmənin qərarı həbs-qətimkan tədbiri seçilib.
lent.az
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












