Leyla və körpəsinin amansız qətlinin TƏFƏRRÜATI: “Uşağın öldüyünü eşidəndə, deyib, şükür Allaha” - VİDEO

“Uşaq öz yatağından olub. Yəqin ki, evdə söz-söhbət olub, qızım uşağı yatızdırıb. Yoldaşım uşağı döyşəyin üstündən götürmüşdü”.
Bunu Xırdalanda 8 aylıq körpəsi Ayla ilə birlikdə əri tərəfindən qətlə yetitirilən Leylanın atası Əlişan İbadov
“AStar” yutub kanalına açıqlamasında deyib.
Leylanın atası iddia edib ki, hadisə yerinə ilk olaraq Fəridin anası Sevər çatıb. O qeyd edib ki, Fəridin anası Leylanın ölməsindən, oğlunun yaralanmasından xəbərdar olanda, nəvəsinin aqibəti ilə maraqlanamyıb. Əlişan İbadovun sözlərinə görə, oğlanın anası xəstəxanaya təkcə Fəridi aparıb:
“Belə ürəkli oğlan idi, özünə də boğazından zərbə vurardı. Nəvəmə 7 bıçaq zərbəsi endirib, qızımın da boğazını kəsib. Özünə də qarın nahiyəsindən vurub, bilib ki, o zərbədən ölən deyil. Qızımı, nəvəmi geri qaytarmaq mümkün deyil. Amma ömürlərinin axırına qədər onlara qan qusdurmalıyam, gözlərindən qan gəlməlidir”.
Leylanın babası Məhəmməd İbadov isə bildirib ki, atası Aylaya 7 bıçaq zərbəsi vurub:
“Fərid sonra maraqlanıb ki, uşaq ölüb? Deyiblər ki, hə. Deyib, onda şükür Allaha”.
Fəridin atası Firdovsi Hüseynli isə hadisədən sonra oğlu ilə görüşmək imkanı olmadığını bildirib. Onun sözlərinə görə, Fərid qətlin səbəbini vəkilinə deyib, amma onlara deyilmir.
Firdovsi Hüseynli oğlunun namaz qıldığını, zərgər işlədiyini bildirib:
“Bu hadisədə oğlumun təqsiri varsa, ona əziyyətimi haram edirəm. Gəlinimin günahı varsa, ona haram olsun”. (qafqazinfo)
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










