Valideyin diqqətsizliyi iki azyaşlının ölümünə səbəb oldu - ANBAAN - VİDEO

Piyadavurma hadisələrində azyaşlıların yaralanması və ya ölməsi hadisələri çox vaxt valideyinlərin səhlənkarlığı ucbatından baş verir. Valideyinlərin diqqətsizliyi, məsuliyyətsizliyi və qayda pozması uşaqların ölümü ilə nəticələnir.
Avtosfer.az xəbər verir ki, analoji hal nəticəsində 9 yanvarda Türkiyədə Sultanqazidə xidməti maşının altında qalan 5 yaşlı uşaq da dünyasını dəyişib.
Belə ki, saat 17:00 radələrində Sultangazi “50-ci Yıl Məhəlləsi”də baş verən hadisə anı təhlükəsizlik kamerasına düşüb. Küçəyə dönən servis sürücüsü 5 yaşlı Muhammet Enes Memişi görməyib və onu əzib. Sürücü bir müddət avtomobil altında qalan uşağın üzərində gözləyib, vəziyyəti gördükdən sonra isə onun üstündən keçib. Hadisəni görən vətəndaşlar hadisə ilə bağlı polis və təcili yardıma məlumat verib. Həkimlər tərəfindən aparılan müayinədə Muhammet Enes Memişin öldüyü müəyyən edilib.
Qeyd edək ki, azyaşlının böyük qardaşı Yasin Memişin də təxminən 2 il əvvəl eyni məhəllədə yol qəzasında öldüyü bildirilib.
Görüntülərdə azyaşlının anasının uşağın əlini tutmadığı, öndə yeridiyi və uşağa diqqət etmədiyi adın əks olunub. Hadisədən sonra isə azyaşlının avtomobil altında qaldığını görən ananın peşmanlıq dolu hərəkətləri ürək yandırır. Lakin sonrakı peşmançılıq fayda verməz. Daha bir valideyin diqqətsizliyi və məsuliyyətsizliyi nəticəsində azyaşlı uşaq həyatını itirib. Digər oğlunun da 2 il əvvəl yol qəzasında həyatını itirdiyini nəzərə alsaq, bu valideynin yolda uşaqlarına qarşı diqqətli olmadığı aydın olur.
Sonradan sözügedən valideynin peşmanlığını yaşamamaq üçün yolda uşağın əlindən tutmaq, gözün önündə saxlamaq lazımdır. Ümid edirik ki, valideyinlər bu görüntülərdən sonra uşaqlarına daha diqqətli və məsuliyyətli olar.
Məhəbbət Tərlanoğlu
İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi
Prospektdə təhlükəli hərəkət: Sürücü motosikleti orta zolaqda qoyub getdi - VİDEO
Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər - VİDEO
Avtobus sürücüsünün sükan arxasında telefondan istifadə etməsi NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Metronun bu stansiyasında qatarların hərəkəti dayandı - AÇIQLAMA - VİDEO










