Vətəndaşlar su basmış ərazilərdən belə xilas edildi - FOTO - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
***19:00
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
***12:28
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Bununla bağlı Avtosfer.az-a FHN-dən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.






***09:24
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tədbirləri həyata keçirilir.
“Həyata keçirilən tədbirlər nəticəsində 4-ü azyaşlı olmaqla ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda əməliyyatllar bir sıra ünvanlarda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir”, - deyə məlumatda qeyd edilib.



Sumqayıtda yol çökdü - FOTO
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












