Xaçmazda oğru girdiyi evlərdəki qadınlara təcüvüz etməyə çalışıb... - Biri hamilə olub

Xaçmazda oğurluğa girdiyi evlərdə qadınlara təcavüz etməyə cəhd göstərən şəxsə hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1990-cı il təvəllüdlü, Xaçmazın Qaraçı kəndində qeydiyyatda olan Kənan Quliyev (soyad şərtidir) 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun törətdiyi ilk əməl 2020-ci ilin 24 sentyabr tarixində, digər cinayət hadisəsi isə 23 iyun 2021-ci ildə baş verib.
Epizodların birində Kənan evə daxil olan zaman ev sahibi Aysel Qulamova (ad-soyad şərtidir) hamamda olub. Aysel hamamdan çıxdığı zaman onunla qarşı-qarşıya gəlib. Bu zaman Aysel qışqırmağa başlayıb, Kənan isə mətbəxdən götürdüyü bıçaqla onu qorxudub. Davamında isə təcavüz etməyə çalışsa da, Aysel müqavimət göstərməyi bacarıb. Cinayətkar qadına zərbələr və bıçaqla xəsarət yetirsə də, Aysel təslim olmayıb. Qadınla bacarmadığını görən Kənan evdən qaçıb. Aysel isə qonşuluğa qaçaraq qışqırmağa, hadisə barədə məlumat verməyə başlayıb. Davamında isə hadisə yerinə polis əməkdaşları gələrək qadının izahatını alıblar.
Digər cinayət epizodu da eyni ərazidə baş verib. Kənan bu dəfə Ayselin qonşuluğunda azyaşlı övladları ilə yaşayan Nigar Səlimovanın (ad-soyad şərtidir) evinə qanunsuz daxil olub. Bu zaman Nigar övladlarını marketə çörək almağa göndəribmiş. Kənan evə daxil olan zaman yenə eyni məqsədlə Nigarı hədələyib. Nigar isə daha ağıllı davranaraq, evində kamera olduğunu, hazırda evin həyat yoldaşı tərəfindən izlənildiyini deyib. Bundan sonra Kənan Nigara evdən həyətə çıxmağa məcbur edib. Elə bu anda darvaza döyülüb, Nigarın övladları marketdən qayıdıb. Kənan Nigara uşaqları evə salmağı, özünün isə bağa gəlməyini tapşırıb. Qadın isə davrazanı açaraq uşaqlara qaçmağı tapşırıb, özü də qonşusugilə qaçıb. Baş verən hadisə zamanı Nigar cinayətkar şəxsin üzünü tam görüb.
Onu da bildirək ki, Nigar Səlimova hadisə baş verən zaman 6 aylıq hamilə olub.
O, daha sonra qonşuluqda da oxşar hadisə baş verdiyini öyrənib. Polis şöbəsində isə hər iki əməli törədən şəxsin Kənan Quliyev olduğu müəyyənləşib. Bu, zərərçəkənlərin üzləşdirilməsi zamanı baş verib.
Yumaq üçün təhvil aldığı maşından 4300 manatlıq qızıl oğurladı, saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO
Binədə yol nişanı aşırıldı; qurum hərəkətə keçdi - FOTO
Laçında çayda batan “Niva” belə çıxarıldı - VİDEO
“Zebra” olmayan yerdə yolu keçən şəxsi maşın vurdu; qalxıb sürücüyə hücum etdi - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Analarının öldürülməsini azyaşlı övladları qonşulara xəbər verdilər - VİDEO - YENİLƏNİB
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı










