Xanım direktor barəsində cinayət işi açıldı - Məktəbdə şagirdə qarşı zorakılıq

Goranboy rayonunda şagirdi döyən məktəb direktoru barəsində cinayət işi başlanılıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qızılhacılı kəndində yerləşən 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Məlumata görə, həmin məktəbin direktoru, 60 yaşlı Məlahət Abbasova (ad və soyad şərtidir) müəllimlər otağında 10-cu sinif şagirdini fiziki zorakılığa məruz qoyub. Hadisəyə səbəb şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dava etməsi olub.
Bildirilir ki, direktor əvvəlcə şagirdi müəllimlər otağında, insanların çox olduğu bir vaxtda danlayıb. Daha sonra isə ətrafdakı şəxslərə məhəl qoymadan şagirdi nalayiq ifadələrlə təhqir edib, onun qol və boyun nahiyələrinə zərbələr endirib. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Məlahət Abbasova barəsində cinayət işi açılıb.
Məhkəmə prosesində direktor "Konstitusiya və Suverenlik İli" çərçivəsində barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Goranboy Rayon Məhkəməsinin qərarı ilə Məlahət Abbasova barəsində aparılan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












