Xəbəri olmadan adına 3 şirkət açılıb, yarım milyon manatdan çox borcu yaranıb - VİDEO

Qazax rayonunun Birinci Şıxlı kənd sakini Zahid Cəlilov adına üç şirkət açıldığı və yarım milyon manatdan çox vergi borcu yarandığını deyir.
Avtosfer.az xəbər verir ki, o 2018-ci ildə aldadılaraq birlikdə işləmək vədi ilə adına VÖEN və üç şirkət açıldığını iddia edib.
Zahidlə bərabər onun iki qardaşı da bu işə cəlb edilib.
Hazırda vətəndaş iddia edir ki, onu aldadan şəxs dünyasını dəyişib. Zahidin adına isə 3 şirkət və yarım milyondan çox borc yaranıb. O, neçə ildir aidiyyəti üzrə müraciətlər etsə də problemi həllini tapmayıb.
Hüqşunaslar isə bildirirlər ki, dələduzluqda ittiham olunan şəxs vəfat etdikdə aldadılan şəxs dələduzluqla üzləşdiyini hüquq-mühafizə orqanlarına izahatları ilə açıqlayıb sübuta yetirərsə bu halda hüquqi müstəvidə şəxsin problemi məhkəmə qaydasında həll olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












