Xəstə anasının adı ilə taksi sürücüsünü aldatdı - Həbs olundu

Bakıda taksi sürücüsünü aldadaraq pulunu mənimsəyən şəxs həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə H.Əliyev prospektində yerləşən Yeni Klinikanın qarşısında baş verib. 1973-cü il təvəllüdlü F.D. Xəzər rayonu, Binə qəsəbəsi, Tural Abdullayev küçəsində saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, zərərçəkmiş O.V. "Mercedes Vito" markalı avtomobili ilə taksi fəaliyyətilə məşğul olub. Tanımadığı təqsirləndirilən şəxs müştəri qismində ona yaxınlaşaraq xəstə anasını Yeni Klinikadan 20 manata gedib gətirməyini istəyib. Zərərçəkmiş də onunla razılaşaraq Yeni Klinikaya gediblər.
Təqsirləndirilən şəxs klinikanın qarşısında maşından düşərək xəstə anasını gətirəcəyini, pulunun 200 manatlıq əskinas olduğunu və 150 manat lazım olduğunu bildirib. Sürücü də onun səmimiyyətinə inanaraq 150 manat verib. Daha sonra isə həmin şəxs onu "bloka atdığını", zəng edə bilmədiyini görüb. Bu hadisələrdən sonra zərərçəkmiş polisə müraciət etməli olub.
Məhkəmədə təqsirləndirilən şəxs anasının klinikada olduğunu, taksi sürücüsünü aldadan zaman anasının yanlarında olmadığını bildirib. Ziyanı ancaq anasının pensiyası ilə ödəyə biləcəyini qeyd edib və təqaüd köçənə qədər möhlət verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə F.D. 1 ay müddətinə həbs edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












