“Xəzər Media Mərkəzi” və "British Council" arasında əməkdaşlıq genişləndirilir - FOTO

“Xəzər Media Mərkəzi” və “British Council” (Britaniya Şurası Təşkilatı) arasında əməkdaşlıq genişləndirilir. Bununla bağlı bu gün “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovla Britaniya Şurası Təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Mədəniyyət üzrə meneceri Dilarə İbrahimova arasında müzakirələr aparılıb.
Avtosfer.az xəbər verir ki, müzakirələr zamanı gələcək əməkdaşlıqların istiqamətləri də müəyyənləşdirilib. “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov Böyük Britaniyanın Azərbaycanın Vətən Müharibəsində ölkəmizə verdiyi beynəlxalq səviyyədə olan dəstəyin önəmindən danışıb. Britaniya Şurası təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva isə birgə əməkdaşlığın genişləndirilməsinin bir çox sahələrdə Azərbaycanda faydalı olacağını vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniya təcrübəsinin ölkəmizdə tanıdılması, eləcə də insanların bu təcrübədən faydalanmasını təmin etmək üçün belə əməkdaşlıqlar olduqca önəmlidir. Daha sonra qonaqlar “Xəzər Xəbər”in iş prosesi ilə əyani tanış olublar. “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov qonaqlara xəbərin hazırlanması, yayım otağı, eləcə də “Xəzər Xəbər”in studiyasında proseslərin necə idarə olunması ilə bağlı məlumat verib. Murad Dadaşov Britaniya Şurası Təşkilatı ilə əməkdaşlığın əsas istiqamətlərindən də danışıb: “Böyük Britaniyanin media sahəsində təcrübəsi çoxdur və bu təcrübədən Azərbaycanda da istifadə edilməsi əsas prioritetlərdəndir. Eləcə də ingilis dilinin qavranılması, qərb dəyərlərinin, xüsusilə bizə uyğun və faydalı olan xüsusiyyətlərin Azərbaycanda mənimsənilməsində Britaniya Şurası Təşkilatı ilə əməkdaşlığın önəmi çoxdur”. Nərgiz Hacıyeva isə “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, “Xəzər FM” radiosu ilə birgə əməkdaşlıq çərçivəsində “Selektor” proqramı yayımlanır: “Biz İngiltərədə yayımlanan və “BBC”-nin məhsulları olan bir sıra proqramların Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr də apardıq. Bu proqramların bizim efirlərdə yayımlanması hər iki tərəf üçün faydalı olacaq “.
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşdi - VİDEO
Dayanacaqda avtobus gözləyən kişi qəfil vəfat etdi - VİDEO











