Xırdalanda kişi namaza görə arvadını döyüb dişlərini sındırdı

Abşeronda kişi dini inancla bağlı mübahisə zamanı arvadını döyüb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb. 36 yaşlı Ümid Əzizov (adı və soyadı şərtidir) yaşadıqları evdə arvadı ilə dini inanc məsələsi üstündə mübahisə edib. Bu zaman o, yumruq, təpik və şillə ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, üç övladı var və arvadı ilə aralardan dəfələrlə mübahisələr olub:
"Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıblar, amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, dini ad altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı".
Ümid Əzizov əməlindən peşman olduğunu, dəfələrlə cəhd etsə də, arvadı ilə barışa bilmədiyini qeyd edib. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edib.
Zərərçəkən qadın isə deyib ki, həmin gün yoldaşı ilə əvvəlcə pul üstündə dalaşıb. Əri onu vurduğu üçün küçəyə qaçıb və bir saat sonra evə qayıdıb:
"Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacağam deyəndə, o üstümə gəlib sən kimsən deyə qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etdi".
Zərərçəkən əlavə olaraq bildirib ki, əri ilə barışmayıb və onun haqqında qanunauyğun tədbir görülməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ümid Əzizov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Pişiyinin qisasını almaq istədi: 6 avtomobili yandırdı – VİDEO
"TikTok"da söyüşə görə başlayan mübahisə parkda bıçaqlanma ilə bitdi - 13 il həbs
Şəkidə taxıl sahələrində yük maşınları yandı - FOTOLAR
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB










