Xırdalanda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

Avqustun 25-i gecə saat 2 radələrində Xırdalan şəhərində 1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək intihar etməsi yaxınları tərəfindən bildirilsə də, hadisənin təfərrüatları ətraflı olaraq rayon prokurorluğunda araşdırılıb.
Araşdırmalarla 1989-cu il təvəllüdlü Gülnar Məmmədovanın yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1981-ci il təvəllüdlü Elsevər Həsənova bıçaqla xəsarət yetirib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Gülnar Məmmədova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












