Xocahəsəndə dəhşətli yanğın: Qəfil alışan yük maşınından sürücü güclə xilas oldu - VİDEO

Qəfil alışan yük maşını geniş əraziyə yayılaraq təhlükəyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, dəhşətli yanğın hadisəsi dünən saat 12 radələrində, Bakı-Şamaxı yolunda, Xocahəsən metrostansiyası yaxınlığındakı təkər sexində qeydə alınıb. Hadisə şahidlərinin kamerasıyla çəkilən görüntülərdən məlum olduğu kimi, yük maşını qəfil alışmağa başlayıb. Saniyələr içində yüksələn yanğın yük maşını ilə yanaşı digər nəqliyyat vasitəsinə də keçib və ərazidəki təkərləri də ağuşuna alıb. Nəticədə iki yük maşını və bir konteyner yanaraq yararsızlaşıb. Həmçinin təkərlər və işçilərin dincəlmə otağı sıradan çıxıb. Xoşbəxtlikdən sürücü qəfil alışan yanğın zamanı yük maşınından çıxmağı bacarıb.
Qeyd edək ki, olay yerinə Yanğınsöndürmə Xidməti əməkdaşları cəlb olunub və yanğının genişlənməsinin qarşısı alınıb.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












