Yanğın zamanı zəhərlənən ana və övladlarının son durumu AÇIQLANDI - YENİLƏNİB

01.02.2024-cü il tarixində saat 05:01-də Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının üç briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə oxu.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub.
Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
11:03
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb.
Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər (ikisi uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
08:37
Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərləniblər.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.
Belə ki, mənzildə baş verən yanğın nəticəsində 1996-cı il təvəllüdlü Nuranə Zahid qızı Heydərova və onun iki övladı - 2015-ci il təvəllüdlü Nihad İbrahim oğlu Cəbrayılov və 2018-ci il təvəllüdlü Renat İbrahim oğlu Cəbrayılov tüstüdən zəhərləniblər.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












