Yasamalda binada baş verən yanğın söndürüldü - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub.
FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanə FHN-in qüvvələri tərəfindən qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.
Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.
***
Yasamalda ev yanır.
“Qafqazinfo” xəbər verir ki, hadisə “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən dörtmərtəbəli binada baş verib.
Yanğın baş verən evdə azyaşlı qız bağlı qapı arxasında qalıb.
Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












