Yola qaçan qadınlar avtomobilin üzərinə şığıyıb əlləriylə saxlamağa çalışdılar - VİDEO

Qaradağ rayonu Lökbatan dairəsində təhlükə saçan piyadalar qəzanın bir addımlığından dönüblər. Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 14-ü saat 12:47 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, hərəkətdə olan "KIA" markalı avtomobilin sürücüsü keçiddən keçən piyadaları görərək dayanıb. Onlar keçdikdən sonra isə maşınını sürməyə başlayıb. Bu zaman yola qaçan qadınlar avtomobili dayandırmağa çalışıblar. Hətta xanımlar əllərini nəqliyyat vasitəsinin üzərinə qoyaraq hərəkətinə müdaxilə ediblər. Lakin sürücü dayanmadan ərazidən uzaqlaşıb.
Qeyd edək ki, sosial şəbəkələrdə geniş yayılmış görüntü birmənalı qarşılanmayıb. Ərazidə keçid olmasına baxmayaraq özünü təhlükəyə atan piyadalar insanların qınaq obyektinə çevrilib. Bir qisim isə sürücünün dayanmalı olduğu halda sürməsinin yanlış olduğunu qeyd edib.
Nizamlanmamış keçiddən istifadə zamanı nəqliyyat vasitələri piyadaya yol verməlidir. Lakin piyada avtomobilin dayandığını görəndən sonra hərəkət etməlidir.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












