Yolda avtoşluq edən sürücü məhəllədə 5 maşını əzdi - VİDEO

2022-ci ilin sentyabr ayında 10-PU-473 nömrəli “Daewoo Gentra” markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Avtosfer.az saytında “Bakı-Sumqayıt yolunda ölüm yarışı: "Mercedes" və "Daewoo"...” başlığ ilə xəbər dərc edilmişdi.
Avtosfer.az-a həmin sürücünün 2023-cü il dekabrın 31-də də qəza törətdiyi barədə şikayət daxil olub.
Belə ki, şikayətçi iddia edir ki, Xutor qəsəbəsində 10-PU-473 dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edib və ön nömrəsiz məhəllədə yüksək sürətlə 5 maşını əzərək qəza törədib:
“Biz ölümdən son anda qurtulduq. Avtomobili idarə edən şəxs nəqliyyat vasitəsini tərk etdikdən sonra başqası öz sənədlərini polisə təqdim edib. Mən narazılığımı bildirəndə mənə dedilər ki, qəza törədən şəxs xəsarət alıb və xəstəxanaya aparılır. İşə 5-ci polis bölməsində baxıldı. Biz Elvin Bəşirova şikayət ərizəsini yazandan sonra dedilər ki, sizə məlumat veriləcək. Sonra qəza törədən şəxsin sığortasının olmadığını öyrəndik. Avtomobilin işi bağlanandan sonra polis bizə məlumat vermədi. Qəza edənin yaxını bizlə əlaqə saxlayıb, heç bir zərəri qarşılamayacağını bildirib dedi ki, işi məhkəməyə verin.
Vətəndaş deyir ki, polisdə bununla bağlı heç bir tədbir görməyib.
“Həmin şəxsin cəzasını çəkməməsi bu hadisənin başqasınında başına gəlməsi ehtimalını artırır. Bu məsələdə isə polis əsas sürücünü (hadisəni törədən) yox, maşının sahibini (hadisə törətməyən) tərəf müqabili kimi qəbul edir”.
Bu barədə Avtosfer.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












