Yolda “hoqqa” verən “VAZ” qəza törətdi – ANBAAN VİDEO

Qaydaları kobud şəkildə pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, 99-SF-327 qeydiyyat nişanlı “VAZ” markalı, avtomobilin sürücüsü yolda ardıcıl olaraq təhlükəli manevrlər edib. Görüntüərdə sürücünün yan güzgüləri də bağlayıb, sağ-sol manevrlər etdiyi aydın şəkildə əks olunub. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.
Qeyd edək ki, sürücünün hərəkətləri ciddi faciə ilə nəticələnə bilərdi. Ətrafda piyada və ya başqa nəqliyyat vasitəsi olsaydı, faciəvi qəza baş vermə ehtimalı yüksəkdir.
Maraqlısı budur ki, sürücünün təhlükəli manevrləri ətrafdakılarla yanaşı, öz həyatı üçün də risklidir. Bu azmış kimi avtomobildə olan sərnişin olanları anbaan qeydə alıb və paylaşıb.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












