Yolu kəsib baykerə əngəl törədənlərdən biri “bura maşın yolu deyil” dedi - VİDEO

Nərimanov rayonu Ağa Nemətulla küçəsində kütləvi şəkildə qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 99-EP-561 dövlət nömrə nişanlı “Mercedes” markalı, “Chevrolet Cruze” markalı və “Daewoo” markalı avtomobillərin sürücüləri yolu zəbt edərək digər hərəkat iştirakçılarına çətinlik yaradıb. Belə ki, yolu keçə bilməyən moped sürücüsü qayda pozan sürücüyə “Dayı, haradan yola girim?" deyərək irad bildirib. Sürücü isə baykerə alternativ yol göstərərək arxa tərəfdən dönə biləcəyini qeyd edib. Ardınca “Bura maşın yolu deyil. Piyadalar üçün ayrılmış yoldur” deyərək moped sürücüsünü əsəbiləşdirib. Qəzəblənən bayker “Heç kim dillənmir o demək deyil ki, belədə olmalıdır. Səhvimiz elə buradadır ki, nəyisə düz görməyəndə demirik. Ona görə də belə hərəkət edirsiniz” deyib. Daha sonra mübahisəyə “parkovşik” müdaxilə edib. O, baykerə geriyə dönərək arxa tərəfdən getməsini söyləyib.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












