Yolu qaçaraq keçən kişi qəzanın bir addımlığından döndü - VİDEO

Xəzər rayonu Zaqulba yolunda təhlükə saçan piyada anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, yolu qaçaraq keçən piyada qəzanın bir addımlığından dönüb. Belə ki, o, hərəkətdə olan 10-SM-757 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin önünə anidən çıxıb. Xoşbəxtlikdən sürücü vaxtında manevr edərək baş verəcək təhlükənin qarşısını alıb. İşin qəribə tərəfi isə qaçan piyadanın avtomobilin qarşısından keçərkən sürətini azaltması olub.
Qeyd edək ki, qayda pozan piyadaların əksəriyyəti yolu keçərkən sürücülərin dayanacağını və onlara yol verəcəyini düşünür. Bəziləri isə yolu müşahidə etmədən keçməyə cəhd edir. Lakin unutmaq olmaz ki, piyada eynisəviyyəli keçiddən istifadə zamanı da ehtiyatlı davranmalı və avtomobil hərəkətini saxladıqdan sonra yolu keçməlidir.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












