Zaqatala dağlarında daha bir turist itdi

Zaqatala dağlarında daha bir turist itib.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün baş verib. Bir qrup yerli turist Zaqatalanın Şamilovka zirvəsinə qalxıblar. Turistlərdən biri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsən Salahov qrupdan ayrılaraq itkin düşüb. Dostları dərhal bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat veriblər. Həmçinin yoldaşları onunla telefon əlaqəsi saxlayıblar. Həsən Salahov dostlarına arxasınca ayı düşdüyünü və bu səbəbdən yolu azaraq başqa istiqamətə getdiyini deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyi təsdiqləyib. Bildirib ki, Şamilovkaya qalxan bir qrup turist yoldaşlarından birinin yolu azaraq itkin düşməsi barədə DİN-in "102" xidmətinə müraciət edib. Bir müddət sonra sonra isə həmin şəxslər itən turistin tapılması barədə polisə xəbər veriblər.(Lent.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












