Mağaza və evləri qarət edən şəxs saxlanılıb
Zaqatala rayonunun Mamrux kəndində 2 evdən və mağazadan oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə və obyektə daxil olan naməlum şəxs 8 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min Rusiya rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri, 2001-ci il təvəllüdlü Heydər Paşayev saxlanılıb.
O, əməlini etiraf edib və oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO















