Qumbara partladı, Vətən müharibəsi iştirakçısı öldü - YENİLƏNİB

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində xəsarət alanların sayı artıb.
Bu barədə DİN məlumat yayıb.
Hadisə nəticəsində daha bir nəfər, 1992-ci il təvəllüdlü İlqar Cumayev xəsarət alıb.
***
Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində 2 nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlan olan şəxs Vətən müharibəsi iştirakçısıdır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












