Zaqatalada qətlə görə həbs edilmiş şəxs bəraət aldı

Zaqatalada qətlə görə həbs edilmiş şəxs bəraət alıb.
Şəki Apellyasiya Məhkəməsi kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verib.
Məhkəmə müttəhimin cinayəti törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib.
Həmçinin, müdafiə tərəfinin vəkili Zabil Qəhrəmanovun ortaya qoyduğu sübutlar məhkəmə üçün yetərli olub.
Bildirilib ki, zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Vəkilin sözlərinə görə isə Polad İsmayılovun qanı 1-ci qrupdur.
50 yaşlı P.İsmayılova bəraət verilib və o, 3 il 10 ay həbsdən sonra məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Zaqatala rayon sakini, 61 yaşlı Əyyubova Seyran Şakir qızı 2011-ci ilin fevralında yaşadığı evdə öldürülüb.
Yayılan rəsmi məlumata görə, faktla bağlı başlanan cinayət işinin üstü 10 il sonra açılıb.
İttihama görə, mərhum S. Əyubovanı yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla qətlə yetirib. İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib, 2 il əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Sonradan Ali Məhkəmə qərarı ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
Qeyd edək ki, bir müddət əvvəl qətlə yetirilən S.Əyyubovanın oğlu video müraciət edərək Polad ismayılovun həbsdən azad olunacağını demişdi. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












