Zaqatalada sel yolu dağıtdı - bu kənd yolsuz qaldı - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Zaqatalada sərnişin dolu avtobusun seldə qalması görüntüləri paylaşılıb. Biz də görüntülərin qeydə alındığı rayon mərkəzindən 40 km məsafədə yerləşən Cimcimax kəndinə üz tutduq. Əməkdaşlarımız vəziyyətlə yerində tanış olublar.
Sel gələn kimi nəinki kəndə gedən yollar, həm da kənddaxili yollar belə dağılır. Kənd sakinləri ancaq xüsusi avtomobillərdən istifadə etməklə rayon mərkəzinə gedib-gələ bilirlər. Bura Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən olan Cimcimax kəndidir. Kənd sakinlərini daşıyan "Ural" markalı avtobusa əyləşərək bu ekstremal yolu biz də qət etdik. Hər tərəfi dağ çayları ilə əhatələnən Cimcimax kəndinə bir neçə gün əvvəl güclü sel düşdüyündən əhali narahatlıq keçirir. Qədim dağ kəndləri olan Sabunçu və Cimcimax da daxil olmaqla, ümumilikdə 6 kəndin sakinləri evlərinə getmək üçün nə az nə çox - düz 15 km yolu çay yatağı ilə qət etməlidirlər. Məsələ ilə bağlı rayon icra hakimiyyətindən bildirildi ki, sözügedən kəndlər sovet dövründə plana salınaraq aşağı kəndlərə köçürülmüş yaşayış məntəqələridir. Lakin orada az da olsa, yaşayış olduğundan yol problemini həll etmək üçün aidiyyəti qurumlar vaxtaşırı əraziyə ezam olunurlar. Həmçinin həmin ərazidə mobil şəbəkədə tez-tez problemlərin yaşanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktubla müraciət olunduğu bildirildi. Yaxın günlərdə ərazidə şəbəkə antenlərinin quraşdırılması nəzərdə tutulub.
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










