Zaqatalada yerli turistlər dağlarda itkin düşdü - YENİLƏNİB

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.
***
Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.
Ötən gün iki nəfər şəxsiyyəti hələ məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüb.
Turistlərin itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xətt xidmətinə və DİN-in Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib.
Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.
(apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












