Zümrüd Bədəlovanın maşınına hücum olundu - VİDEO

Aparıcı Zümrüd Bədəlovanın maşınına hücum olunub.
Zümrüd bu barədə televiziyada yayımlanan verilişlərdən birində danışıb.
O, veriliş vasitəsilə avtomobilinə dəfələrlə zərər vuran şəxsə müraciət edib: “Bilmirəm, hansı niyyətlə bunu edirsiniz. Amma siz nə qədər etsəniz də, mən efirə çıxıb bunu danışıb güləcəyəm. Dəmir parçasına olunan ziyanın bizə heç bir təsiri yoxdur. Sadəcə insan təəssüflənir. Çünki səhər tezdən oyanırsan, işə getmək üçün tələsirsən, günlərdir avtomobilin üstündə çəkilən şəkilləri, cızıqları görürsən. Qapını açmağa çalışıb, bərbad vəziyyətə qoymaq, əvvəlcə daşla əzmək, şüşə ilə cızmaq və şüşə qırıqlarını maşının üstünə səpmək qədər absurd bir şey ola bilməz. Bunu edən insan ya psixoloji xəstədir, ya da bilmirəm ki, hansı haldadır. Səbəb nədir? Niyə hər səhər polis əməkdaşlarını narahat etməliyəm. Bu dəfə ciddi yanaşdım. Onu edən şəxs başının üstündəki kameranı görməyib. Onları açdırıb, nəhayət, həmin adamı tapmalıyam”.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












