100 gündə 5400 km yol qaçdı - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verirk i, ABŞ-da bir sakin Efiopiyada olarkən, orda içməli suya həsrət qalan insanların həyat şəraitini öz gözləri ilə görüb. Həmin vaxt o bu qərara gəlib ki, həmin insanlara kömək edəcək. Bu kömək üçün lazım olan vəsaiti toplamaq məqsədi ilə həmin şəxs 100 gün ərzində nə az, nə çox 5400 kilometr yol qaçıb. Bu günə azı 50 kilometr qaçmaq deməkdir.
Dünyanın ən dözümlü insanlarından biri olduğunu sübut edən Daren Vendel 100 gündə 100 marafon yürüşü gerçəkləşdirməklə inanılmazı reallaşdırıb.
Yanvarın əvvəlində Kaliforniyanın Santa Monika şəhərindən qaçmağa başlayan bu şəxs hər gün orta hesabla 54 kilometr məsafə qət edə bilib. Yorulmaq bilməyən Daren çətin qaçış marafonunda ayaq üstə qala bilmək üçün hər gün 6-7 min kalorilik yeməklə qidalanmaq məcburiyyətində qalıb. Verdiyi sözün arxasında sonadək duran, bütün ölkə ərazisini sonadək qaçan amerikalı 100 gün ərzində 5472 kilometr məsafə qət edib.
Kampaniyada toplanan pullarla azı 2500 efiopiyalı içməli su ilə təmin olunacaq. Bu hər nə qədər Daren Vendeli mənəvi baxımdan razı salsa da, onun fiziki istirahətə də ehtiyacı var. Odur ki, amerikalı marafonçu qarşıdan gələn həftələri sadəcə dincəlməklə keçirəcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












