11 gün yağış suyu içib - sağ qaldılar - VİDEO

Avstraliyada iki azyaşlı övladı ilə uzaq yola çıxan atanın başına gələnlər xalqı şoka salıb. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, yaşayış məskənindən uzaq ərazidə avtomobilin palçığa ilişməsi Steven və onun iki azyaşlı oğlunun həyatını təhlükəyə atıb. Avtomobilin palçığa batdığı yer ən yaxın şəhərdən 150 km uzaqdır. Telefon siqnalının da tutmadığı bölgədə aciz qalan Steven və uşaqların möcüzə və Allaha sığınmaqdan başqa çarəsi qalmayıb. Steven tezliklə xilas olunacaqlarını ümid etsə də, bu yalnız 11 gün sonra mümkün olub. Bu müddətdə ata və uşaqlar yağış suyu içməklə özləri ilə götürdükləri cüzi miqdarda çörəklə qidalanıblar. O ki, qaldı Steven və uşaqların necə tapılmasına, dekabrın 11-dən bu yana itkin düşən ailə təsadüf nəticəsində, bir fermerin sayıqlığı sayəsində tapılıb. Fermerin onların yerini müəyyənləşdirməsindən sonra polis və xilasetmə dəstələri avtomobilin olduğu yerə cəlb olunub. 11 gün ərzində kiflənmiş çörək parçası və yağış suyu ilə qidalanan Steven və azyaşlı övladları bir müddət xəstəxanada həkim nəzarətində qalacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












