110 min dollarlıq maşını qəpiklə aldı - FOTO

Çinin Şenyanq şəhərində çox maraqlı bir hadisə baş verib.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, 110 min dollarlıq avtomobil satın almaq istəyən bir nəfər ödənişi qəpiklə etmək istəyib. Çinli kişinin bu addımı insanları bir xeyli heyrətləndirib.
Çindəki heç bir bankın belə bir ödənişə razılıq verməsindən sonra Qan adlı kişi pulları özü banka gətirib. Böyük bir yük maşını icarəyə götürən Qan qəpikləri bu yolla banka gətirib çıxara bilib.
4 ton ağırlığındakı sikkələr yük maşınının böyük bir hissəsini tutub. Bank işçiləri səfərbər olub və pulları saymağa başlayıb. Qəpikləri saymaq və çəkmək üçün işçilər bir neçə gün vaxt sərf ediblər. Qan adlı avtomobil alıcısı yanacaqdoldurma məntəqəsində çalışdığını və bu səbəbdən pulları qəpiklə yığdığını söyləyib. Qan ödənişin yalnız 4 min dollarlıq qisimini kağız pulla edib.
Xatırladaq ki, bənzər bir hadisə mart ayında baş verib. Çinin Fujian bölgəsində bir nəfər avtomobil satın alarkən analoji addım atıb. Çinli şəxs 100 min yuan dəyərindəki avtomobilin ödənişini qəpik pulla etmişdi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












