27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını OĞURLADI - Azərbaycanda ŞOK OLAY

Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar.
Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, 13.09.2019-cu il tarixində Ə. A. Şahmar oğlu DİN-in 102 xidmətinə zəng edərək bildirib ki, qızı L. Əhmədovanı gəlinlərinin qardaşı, onun qohumları və tanışları qaçırıb. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qeyd olunan tarixdə saat 10 radələrində 1987-ci il təvəllüdlü L.Əhmədovanı Tərəvəzçilik Savkozunda yerləşən evlərindən gəlinləri Ç. Əhmədovanın qardaşı 1992-ci il təvəllüdlü H. İ. Ədalət oğlu, onun xalası oğlu 1982-ci il təvəllüdlü Əliyev X. İ oğlu, habelə Emin və Ramal adlı şəxslər zor tətbiq edərək oğurlayıb. Sonra onu Mingəçevir şəhərində yerləşən "Su anbarı"nın yanına apararaq, orada X. Əliyeva məxsus "Toyoto Prado" markalı avtomobildə saxlayıblar. Bir gün sonra polis əməkdaşları onlarla əlaqə yaradaraq, L. Əhmədovanı təhvil verməli olduqları dedikdən sonra onu polis şöbəsinə təhvil veriblər.
Hadisə ilə bağlı Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Cinayət işi üzrə L. Əhmədova zərərçəkmiş şəxs kimi tanınaraq dindirilib, məhkəmə tibbi ekspertizası təyin edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












