35 yaşında dərsliyə düşən əməkdar artist kimdir? - Maraqlı FAKTLAR

Əməkdar artist Arzu Əliyevanın fotosu Azərbaycanda nəşr olunan rusdilli dərsliklərdən birində yer alıb. Arzu Əliyeva dərslikdə “Leyli və Məcnun” tamaşasından olan görüntüsünün istifadə edildiyini bildirib.
Bəs 35 yaşında dərsliyə düşən Arzu Əliyeva kimdir?
Avtosfer.az bildirir ki, Arzu Qurban qızı Əliyeva 1991-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, bir övladı var.
7 il fortepiano təhsili alıb. 2008–2012-ci illərdə bakalavr, 2013–2015-ci illərdə isə magistr pilləsi üzrə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb və hər iki pilləni fərqlənmə diplomu ilə başa vurub. Konservatoriyada oxuduğu müddətdə yüksək nəticələrinə görə “Süleyman Ələsgərov” adına təqaüdlə təltif olunub.
Onun müəllimi Azərbaycanın Xalq artisti Mənsum İbrahimov olub.
Əliyevanın böyük səhnədə ilk məsuliyyətli çıxışlarından biri 2003-cü ildə Heydər Əliyev adına Sarayda keçirilən və Prezident İlham Əliyevin andiçmə mərasiminə həsr olunan konsert proqramında baş tutub.
2006-cı ildə Astara rayonunda keçirilən “Muğam ifaçılarının III Respublika müsabiqəsi”ndə Qran-pri mükafatına layiq görülüb. Elə həmin il Qazaxıstanda keçirilən “Delfi Oyunları” müsabiqəsinin laureatı olub.
2007-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq Təranələri” festivalında iştirak edən Arzu Əliyeva UNESCO-nun Baş Mükafatına layiq görülüb.
2009-cu ildə keçirilən “I Respublika Muğam Müsabiqəsi”ndə laureat adını qazanıb.
2013-cü il fevralın 2-də “Gənclər Mükafatı” laureatı adına layiq görülüb. Bununla yanaşı, “İlin işgüzar xanımı” adına da layiq görülüb.
2013-cü ildən “Əsli və Kərəm” operasında Əsli, 2015-ci ildən isə “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırır.
Onun çıxış etdiyi ölkələr arasında ABŞ, Böyük Britaniya, Braziliya, Fransa, Almaniya, Avstriya, Belçika, İsveçrə, İtaliya, Albaniya, Malta, Rumıniya, Rusiya, Polşa, Cənubi Koreya, Çin, Gürcüstan, Hindistan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Macarıstan, İran, İspaniya, Mərakeş, Qətər, Litva, Serbiya, Tunis, Türkiyə və Yunanıstan yer alır.
2018-ci il mayın 27-də Prezidentin sərəncamı ilə Arzu Əliyevaya Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib.
2020-ci ildə “Humay” mükafatına layiq görülüb. 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident mükafatına layiq görülüb.
Hazırda Arzu Əliyeva fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Beynəlxalq Muğam Mərkəzində davam etdirir. O, eyni zamanda müxtəlif dövlət tədbirlərində də çıxış edir. (Globalinfo)
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA












