65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTO

65 yaşlı Nağı İsmayılov fərqli görünüşə malik olan avtomobilini 20 ildir ki idarə edir. O, həmin avtomobillə ölkəmizin rayonlarını gəzməyi qarşısına məqsəd qoyub. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, “Niva” mühərriki ilə işləyən və 1973-cü il istehsalı olan “ZAZ” markalı avtomobil fərqli avtomobillərin ehtiyat hissələrindən yığılıb.
Ağcəbədi rayonunda yaşayan qəhrəmanımız, bir-neçə ilə ərsəyə gətirdiyi avtomobilinin əksər detallarını özü hazırlayıb. Artıq 10-dan çox rayonu gəzən Nağı İsmayılov yeməyini və yataq dəstini hər yerə özü ilə aparır. Gecələr maşında yatır, gündüzlər isə yol gedir.
Onun sözlərinə görə, avtomobili almaq istəyən çox olub. Ancaq o, maşınını satmaq niyyətində deyil. Bu maraqlı avtomobili görən hər kəs ayaq saxlayır və yaxınlaşıb maraqlanır.
Nağı İsmayılov bu günə qədər avtomobilin rəngini 5 dəfə dəyişib. Bundan sonra isə daha 3 dəfə rəng dəyişəcək. Səbəbi isə, hər dəfə dəyişdiyi rəngi bir nəvəsinə aid etməsidir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












