70 min dolları zibilləyə atdılar: saatlarla zibilxanada pul axtardı

Türkiyənin Konya əyalətində bankdan 70 min dollar götürərək paketə qoyan iş adamı, təmizlik zamanı səhvən pul zibilliyə atılıb. Avtosfer.az xəbər verir ki, hadisə Karatay rayonu Çaxmaq məhəlləsində qeydə alınıb.
Məlumata görə, iş adamı Əyyub Güclü bankdan götürdüyü 70 min dolları paketə qoyaraq iş yerinə gəlib. İş yerində təmizlik ilə məşğul olan işçi, içərisinə baxmadan paketi zibilliyə atıb.
Paketi qoyduğu yerdən tapa bilməyən Əyyub, paketin zibil konteynerlərinə atıldığını öyrənib. Zibil qablarını axtaran iş adamı pulları orada tapmayıb və ətrafdakı təhlükəsizlik kameralarını araşdıran Güclü, zibilləri Karatay Bələdiyyə işçiləri tərəfindən yığılaraq aparıldığını görüb. Zibil maşınının qeydiyyat nişanını götürərək Karatay Bələdiyyəsinə gedib. Müdiriyyətlə görüşərək problemini dilə gətirən Əyyub Güclü, 42 KB 916 zibil maşınının Kaşınhanı bölgəsindəki anbara zibillərin boşaldıldığını öyrənib. Anbara gedən Güclü, saatlarla əməkdaşlarla birlikdə tonlarla zibillərin arasında 70 min dollar olan paketi axtarıb. Bir müddət sonra isə Əyyub Güclü 70 min dolları tapıb və ərizə müqabilində pul ona təhvil verilib.
Namiq Musayev
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












