92 yaşında vəsiqə eşqinə düşdü - VİDEO

50 ildir sükan arxasına keçməyən qadın, 92 yaşında sürücülük vəsiqəsi almaq həvəsinə düşdü. Böyük Britaniyada Beti Couns adlı qadın ölkənin ən yaxşı sürücülük məktəbinə yazılıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yarım əsr sonra yenidən maşın sürmək eşqinə düşən Beti təlim müəllimlərinin ilk gündən rəğbətini qazanıb. Hadersfild şəhərində yaşayan 92 yaşlı qadın əzmkarlığı ilə öyrənməyin heç vaxt gec olmadığını bir daha nümayiş etdirib. Ölkədə hamının marağına səbəb olan Beti, kifayət qədər yaşlı olsa da, sürücülük vəsiqəsi üçün keçməli olduğu kursları uğurla qavrayır. Kurslarda onun əlindən xəta çıxacağını düşünən təlim müəllimləri, potensial qəzanın qarşısını almaq üçün Betinin idarə etdiyi avtomobilin arxasınca başqa bir avtomobilin hərəkətdə olmasına qərar verib. Bununla belə, 92 yaşlı qadın hələ ki, hər hansı bir qəzaya səbəb olmayıb. Sürücülük vəsiqəsi almağı hər zaman arzuladığını deyən Beti, qısa zamanda arzusunun reallaşacağından əmindir. Onun avtomobil idarə etməsindən razı qalan müəllimləri, Betinin sürücülük vəsiqəsi üçün nəzərdə tutulan yekun imtahandan uğurla keçəcəyinə şübhə etmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












