98 yaşlı nənə motosikleti "uçurtdu" - VİDEO

98 yaşlı qadın motosiklet idarə edir. Türkiyənin Samsun şəhərində yaşayan Həmidə Qarabulud nə qədər yaşlı olsa da, ruhu bir o qədər cavandır. Avtosfer.az atv.az-a istinadən bildirir ki, motosiklet idarə etməyi oğlundan öyrənən 98 yaşlı qadın ikitəkərli nəqliyyat vasitəsində gəzməyi az qala öz hobbisinə çevirib.
8 övlad anası olan Həmidə Qarabuludun böyük oğlunun 73 yaşı var. Övladları 98 yaşlı qadının motosikletdən əl çəkməsi üçün çox çalışsalar da, Həmidə Qarabulud inadından dönməyib. Hər gün motosikletlə gəzintiyə çıxan Samsun sakini nəvə-nəticələrinin sayını da yaddan çıxarıb. Onun indi bu həyatda zövq aldığı sadəcə motosiklet idarə etməkdir.
Oğlu anasının yıxılıb xəsarət alacağından narahat olduğu üçün çox vaxt motosiklet gəzintisinə onunla birgə çıxır. Amma 98 yaşlı nənənin buna ehtiyacı olmur. Əksinə, onun motosiklet idarə etməsini ətrafdakılar heyrətlə izləyirlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












