ABŞ-da "qalmaqal" avtomobillərinə tələbat artıb

Amerikan bazarında maraqlı vəziyyət qeydə alınıb. Əvvəllər dizel qalmaqalı üzündən sahiblərindən geri alınmış avtomobillərə olan tələbat ciddi şəkildə artıb. The New York Times nəşrinin jurnalistləri araşdırma apararaq, dilerlərdən TDI mühərrikləri ilə təchiz edilmiş avtomobillərə olan tələbatın yüksəlməsi səbəbini soruşublar.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, İndiana ştatında yerləşən Vorderman Volkswagen avtosalonunun direktoru Çad Probstın sözlərinə görə, onun menecerləri artıq minə yaxın avtomobili satıblar. Onun bildirdiyinə görə, dizel avtomobillərinin aylıq satış həcmi 50-60 ədəd təşkil edir. Özü də, alıcılar başqa ştatlardan məqsədyönlü şəkildə gələrək dizel modellərini alırlar və digər avtomobillərə nəzər belə salmırlar.
Bu günə qədər geri alınmış 380 min avtomobildən 310 min ədədi satılıb. Yüksək tələbat bir neçə faktla bağlıdır: birincisi, yanacağa qənaət, ikincisi - hökumət orqanlarının tələbi ilə VW tərəfindən verilən dörd illik zəmanət, üçüncüsü isə, dizel avtomobillərinin bazarda təklif edilməməsidir. Dizel avtomobillərinin qiymətinin aşağı olması da tələbatın artmasında xüsusi rol oynayır. Məsələn, 2015-ci ilin Golf TDI modelini 11,5-12 min dollara almaq olar.
Volkswagen sahiblərindən geri alınmış dizel avtomobillərini boş stadion və parkinqlərdə toplayıb. Sonra isə, onları təmir edərək, hərracda satmağa üstünlük verib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












